Kateqoriyasız

Yığmamız finala vəsiqə qazanıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda təşkil olunan “Prezident kuboku” turnirində növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Qazaxıstan yığması ilə qarşılaşan komandamız heç-heçə edib – 1:1. Yığmamızın heyətində  Musa Qurbanlı fərqlənib.
Bu nəticədən sonra qrupda birinci yeri tutan komandamız finala vəsiqə qazanıb. Avqustun 28-də, saat 15:00-da keçiriləcək final oyununda yığmamızın rəqibi digər qrupun qalibi – Krasnodar Futbol Akademiyasının U-17 komandası olacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Topaz Premyer Liqasının III turunun ən yaxşı oyunçusu açıqlandı

admin

Qurban Qurbanovdan qələbə şərhi

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin