17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda təşkil olunan “Prezident kuboku” turnirində növbəti oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, Qazaxıstan yığması ilə qarşılaşan komandamız heç-heçə edib – 1:1. Yığmamızın heyətində Musa Qurbanlı fərqlənib.
Bu nəticədən sonra qrupda birinci yeri tutan komandamız finala vəsiqə qazanıb. Avqustun 28-də, saat 15:00-da keçiriləcək final oyununda yığmamızın rəqibi digər qrupun qalibi – Krasnodar Futbol Akademiyasının U-17 komandası olacaq.