Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Estoniyanın Parnu şəhərində təşkil olunmuş Avro Liqanın Super Final mərhələsində ilk oyununu keçirib.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Rumıniya yığması ilə qarşılaşan millimiz 5:6 hesabı ilə məğlub olub.
Futbolçularımızdan Asif Zeynalov dubl edib. Hərəyə 1 dəfə Comərd Baxşəliyev, Vaqif Şirinbəyobv və Rüfət Məmmədov fərqlənib.