Azərbaycan milli komandasının daha bir beynəlxalq yoldaşlıq oyununun keçirilməsi ilə bağlı razılıq əldə olunub.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimiz noyabrın 17-də Moldova yığması ilə yoldaşlıq görüşündə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan – Moldova oyunu Bakıda keçiriləcək.