Türkiyədə keçirilən Egey kubokunda mübarizə aparan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 20-də keçirdiyi ilk matçına qara sarğı ilə çıxıb. Mirbağır İsayevin yetirmələri Yunanıstanla qarşılaşmada 20 yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar qollarında qara sarğı çıxış ediblər.
Millimiz Ellada təmsilçisi ilə görüşdə qolsuz heç-heçə edərək 1 xalla kifayətlənib. A qrupundakı digər oyunda da heç-heçə qeydə alınıb. Belə ki, Türkiyə ilə Ukrayna qalibi müəyyənləşdirə bilməyib – 1:1.