17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə, Bosniya və Herseqovina yığması ilə qarşılaşan komandamız 1:3 hesabı ilə məğlub olub. Yığmamızın qolunu Nigar Mirzəliyeva vurub.
Aprelin 19-da keçiriləcək növbəti oyunda futbolçularımızın rəqibi Monteneqro yığması olacaq.