Kateqoriyasız Milli komanda

Yığmamızın baş məşqçisi püşkatmada iştirak edəcək

Oktyabrın 18-də futzal üzrə Avro-2022-nin final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Idmanxeber.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, Niderlandın Zeist şəhərindəki futbol federasiyasının düşərgəsində təşkil olunacaq tədbirdə ölkəmizi milli komandanın baş məşqçisi Joze Alesio Da Silva və komandanın meneceri Fərrux Hüseynzadə təmsil edəcək. Püşkatma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da) start götürəcək.

Qeyd edək ki, final mərhələsində ilk dəfə olaraq 16 komanda yarışacaq. İştirakçılardan 15-i məlumdur. Noyabrda Serbiya-Belarus arasında keçiriləcək pley-off oyunlarından sonra son iştirakçı da müəyyənləşəcək. Millimiz ardıcıl 6-cı dəfə Avropa çempionatının final mərhələsində gücünü sınayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43