18 Yanvar 2022
İdman

Yığmamızın iki üzvü hərbi xidmətə çağırıldı – Foto

Azərbaycan milli komandasının cüdoçuları Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (81 kq) hərbi xidmətə çağırılıb.

Bu barədə “Report”a yığmasının baş məşqçisi Mövlud Mirəliyev məlumat verib.

Mirəliyev hər iki idmançının bu səbəbdən Bakıdakı Böyük Dəbilqədə iştirak etməyəcəyini bildirib: “Kəramət əsgərlik səbəbindən məşqlərə çox qatıla bilmir. Ara-sıra hazırlıqlara gəlir. Hazırda bu məsələsi ilə məşğuldur. 1-2 günə xidmətə yollanacaq. Mərkəzi Ordu İdman Klubunda olacaq, daha sonra bizimlə məşqlərə qoşulaacaq”.

Mütəxəssis Murad Fətiyevin də eyni səbəbdən yarışda iştirak etməyəcəyini söyləyib: “O, artıq əsgərlikdədir. Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsində xidmət edir. O da Hüseynov kimi sonradan məşqlərə qatılacaq”.

Qeyd edək ki, Bakıdakı Böyük Dəbilqə 5 – 7 noyabrda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ”də Dabo müəmması başa çatır: Razılıq əldə olundu! (RƏSMİ AÇIQLAMA)

admin

“Qarabağ” qələbə qazandı – YENİLƏNİB

admin

Məhəmməd Salah ölkəsində oyunların saatlarının dəyilşməsinə səbəb oldu

admin