İdman

Yığmamızın rəqibi heyətini açıqladı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının rəqibi olan Albaniya millisinin heyəti açıqlanıb. İdmanxeber.com-un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamızla üz-üzə gələcək bu ölkənin U-20 komandasına 22 futbolçu çağırılıb.

Qapıçılar: Klevis Hasanbelli, Yorqo Muka;

Müdafiəçilər: Leonardo Maloku, Şakir Tafa, İmer Şaba, David Domqyonas, Arbnor Mukolli, Kristian Buşay;

Yarımmüdafiəçilər: Brayan Tola, Conatan Laytia, Qleydis Ndraxi, Klevis Perkeqi, Fabio Sakay, Kevin Çela, Arber Başa, Rey Nuriu, Dionis Çikani, Belaydi Pusi, Eryon Draqoy, Anxelo Mumayesi;

Hücumçular: Nazmi Qripşi, Erisildo Smaci.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43