Salvador millisinin sabiq futbolçusu Alfredo Paçeko güllələnərək öldürülüb.
İdmanxeber.com-un məlumatına görə, hadisə paytaxtdan qərbdə yerləşən Santa Ana şəhərində baş verib.
Yanacaq doldurma məntəqələrinin birində olan 33 yaşlı futbolçuya bir neçə dəfə atəş açılıb. Silahlı insident nəticəsində Paçekonun iki dostunun da yaralandığı bildirilir.