Milli komanda

Yılmaz Vural: “Azərbaycana nə məqsədlə dəvət edildiyimi bilmirəm”

Türkiyəli mütəxəssis Yılmaz Vural Azərbaycan milli komandasından təklif almasına münasibət bildirib.

Türkiyənin "Hurriyet" qəzetinə danışan Vural Azərbaycandan təklif aldığını təsdiqləyib:

"Azərbaycanlı millət vəkilinin dəvəti ilə Bakıya gedəcəm. Nə məqsədlə dəvət edildiyimi bilmirəm. Azərbaycan millisinə baş məşqçi təyin olunacağımla bağlı məlumatlardan xəbərsizəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43