İdman

Yoahim Löv: “Azərbaycan yığması müdafiə olunmağı bacarır”

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan milli komandası Almaniya yığmasını qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, matçdan öncə keçirilən mətbuat konfransında Almaniyanın baş məşqçisi Yoahim Löv jurnalistlərin suallarını cavablandırıb:

– İngiltərə ilə matçdan sonra Azərbaycanla görüş barədə ümumi fikriniz necədi?

– Məqsəd aydındı. Bura 3 xal qazanmağa gəlmişik. Ümumi məqsədimiz odu ki, yaya qədər xal itirməyək. Yol və vaxt dəyişikliyi nəzərə alınacaq faktorlardı. Ancaq bu bizim üçün bəhanə olmamalıdı.

– Meydana hansı futbolçuları buraxmayacaqsız?

– Müəyyən qədər problemlər var. Draksler, Xediranın vəziyyəti normaldı. Yalnız Özillə bağlı durum bilinmir. Digər futbolçular oynamağa hazırdı.

– Son oyunda Ter Stegen qapıda dayandı. Qapıçılarla bağlı qərarınızı vermisinizmi?

– Hələki bununla bağlı dəqiq qərar yoxdu. Ter-Stegen də yaxşı oynadı. Digər qapıçılarımız da yaxşı formadadı. Yalnız məşqdən sonra buna qərar verəcəyik

– Andre Şürlenin çox da oyun praktikası yoxdu.Onun millidəki durumu ilə bağlı nı dey bilərsiz?

– Sözsüz ki, onun oynamaması bizim üçün xoş hal deyil. Ancaq biz ona inanırıq. Özünü göstətrməılidi.Nəyinki Şürle biz də başqa oyunçular da var. Onlara da şans vermək lazımdı.

– Əvvəlki Azərbaycan yığması ilə hazırki komanda arasında nə kimi fərqlər var?

– Həm komandada həm də ölkədə böyük inkişaf hiss olunur. Yığma oyun baxımından xeyli güclnib. Futbolçuların bacarığı və taktika baxımından irəliləyiş var. Son oyunlarda da bunun bariz sübutuvar. Norveç və Çexiya kimi oyunda yaxşı təsir bağılayıb. Komanda müdafiə olunmaöı bacarıb. Fiziki cəhətdən daha güclü olublarş Hazırki komandanı çox pozitiv görürəm.

– Sabahki oyunda kapitan kim olacaq?

– Kapitan Xedira olacaq. O futbolçu liderdi. Örnək futbolçudu və qalib ruhuna malikdi. Bu onun seçilməsinə əsas verir.

– Mario Qomezə şans veriləcəkmi?

– Qomez son oyunlarda yaxşı təsir bağışlayıb. Sabah Qomez start heyətdə olacaqş

– Azərbaycan yığmasının qrupda ikincilik şansını necə dəyərləndirirsiz?

– 4 oyuna 7 xal yaxşı nəticədi. Hələ həlledici oyunlar var. Niyədə olmasın? Nəzəri baxımından şans var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43