Dünya futbolu

“Yolların bağlı olmasından başqa hər şey möhtəşəmdir” – Vaqner da Silva

“Qarabağ”ın qapıçısı Vaqner da Silva Formula-1 üzrə Azərbaycan Qran-prisi haqda danışıb.

Braziliyalı qolkiper “Globo Sport”a açıqlamasında bildirib ki, avtomobillərin 340 km/saat sürətlə ötüşməsini yaşadığı “Port Baku”nun pəncərəsindən izləmək mümkündür:

“Uşaqlar işləri sürətli şəkildə görürlər. Məşqi izləyə bilməyəcəm.Yolların bağlı olmasından başqa hər şey möhtəşəmdir”. Ancaq bazar günü yarışa mütləq baxacam”.

Qeyd edək ki, bu gün start götürəcək Azərbaycan Qran-prisi  iki gün davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43