09 Fevral 2023
İdman

Yüksək Liqada I dövrəyə yekun vuruldu

Voleybolçu qadınlar arasında Azərbaycan Yüksək Liqasında I dövrəyə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, III turun son oyununda “Abşeron” UNEC-lə qarşılaşıb. Voleybol Mərkəzində keçirilən matçda Famil Ağayevin rəhbərlik etdiyi komanda inamlı qələbə qazanıb – 3:0 ( (25:13, 25:19, 25:16).

Turun və günün ilk qarşılaşmasında “Murov” “Azərreyl”ə 1:3 hesabı ilə uduzub.

Beləliklə, 3 turdan sonra xal itirməyən “Azərreyl” 9 xalla turnir cədvəlinə başçılıq edir. 6 xala malik “Murov” ikinci, ondan 3 xal geri qalan “Abşeron” üçüncü yerdə qərarlaşıb. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43