“Araz Naxçıvan”la müqaviləni uzatmayan Orxan Əliyev hələ də klubsuzdu.
İdmanxeber.az-ın məlumatına görə, bir neçə komandanın maraq dairəsinə düşən forvardın yüksək əməkhaqqı tələbi müqavilənin baş tutmamasına səbəb olur. Belə ki, Naxçıvan klubundan da maaşının artırılması tələbini irəli sürən və sonucda müsbət cavab almayaraq komandadan getmək qərarına gələn 29 yaşlı hücumçu gələn təklifləri gözdən keçirir.
Premyer Liqanın 2 komandası Əliyevi sıralarına qatmaq istəsə də, hücumçunun aylıq 10 min dollar əməkhaqqı tələbi həmin klubların geri addım atması ilə nəticələnib.
Hazırda klubsuz olan Orxan Əliyev karyerasını ölkə xaricində də davam etdirə bilər.