Kişi voleybolçular arasında Azərbaycan çempionatında III turun oyunlarının təqvimi açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, Yüksək Liqada I dövrənin son qarşılaşmaları yanvarın 26-da və 27-də baş tutacaq. Yanvarın 26-da saat 18:00-da start götürəcək görüşdə “Neftçi” MOİK-i sınağa çəkəcək.
Növbəti gün ”Murov” – “Xarı bülbül” oyunu keçiriləcək. Matç saat 16:00-da başlayacaq.
Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.