Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, turun sonuncu oyununda “Murov” debütant “Xarı bülbül”ü 3:0 (25:11, 25:18, 25:17) hesabı ilə məğlub edib.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran komanda liderliyini möhkəmləndirib. “Xarı bülbül” 3 xalla ikinci sıradadır.