16 Sentyabr 2024
Ölkə futbolu

Yunanıstan klubu “Neftçi”nin futbolçusuyla danışıq aparır

“Neftçi”nin macarıstanlı müdafiəçisi Mark Tamaşa Yunanıstan klubundan təklif gəlib.

İdmanxeber.az-ın məlumatına görə, sözügedən ölkənin “Asteras Aktor” klubu oyunçunun xidmətində maraqlıdı. Hazırda tərəflər arasında danışıq aparıldığı bildirilir.

Daha öncə “Neftçi”nin müdafiəçisinə Polşanın “Puşça” və İtaliyanın “Reggiana” klubları da maraq göstərdiyi iddia edilirdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43