Türkiyə mətbuatının verdiyi məlumata görə, Yunanıstan millisinin üzvü Kostas Mitroglu “Qalatasaray”la razılığa gəlib.
Yunan forvard İstanbul təmsilçisində icarə əsasında çıxış edəcək. O, yeni klubu ilə 1,5 illik müqavilə imzalayacaq.
Digər tərəfdən “sarı-qırmızılar” “Kasımpaşa”nın seneqallı hücumçusu Mbia Caqne ilə də razılaşdığı bildirilir. Hər iki oyunçu üçün rəsmi açıqlamanın yaxın saatlarda ediləcəyi gözlənilir.