Yunanıstan Superliqasında bu həftə oynanacaq oyunlar təxirə gedib. Buna səbəb hakimlərin oyunları boykot eləməsi olub. Ötən turda oynanan qarşılaşmaların birində baş hakim Thanasis Tzilos Larissa şəhərində evinin yaxınlığında azarkeşlərin təyiqinə məruz qalıb.
Bu hadisədən sonra Hakimlər Komitəsi bəyanat yayaraq oyunlara çıxmayacaqlarını bildirib. Açıqlamada hakimlərin təhlükəsizliyi lazımınca təmin olunmadığı üçün bu addımın atıldığı qeyd edilib.
FİFA referisi olan Thanassis Tzilos aldığı xəsarətədn sonra xəstəxanya yerləşdirilib.