05 Avqust 2021
Kateqoriyasız

Yunanıstandan “Neftçi” üçün xoş olmayan xəbər

Yunanıstanda “Olimpiakos” ilə “Neftçi” arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu azarkeşlərlə keçiriləcək.

Bu barədə Pirey təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nikos Qavalas məlumat verib.

Onun sözlərinə görə, biletlər növbəti həftənin ilk günündən satışa çıxarılacaq: “Hələlik bilet sayı barədə dəqiq məlumat yoxdur. Düzdür, protokolda stadionun ümumi azarkeş tutumunun 80 faizi qədər göstərilib. Amma indiki məqamda dəqiq rəqəm deyə bilməyəcəyəm. Stadiona yalnız vaksin olunmuş şəxslər buraxılacaqlar”.

Qeyd edək ki, iyulun 21-də “Georgios Karaiskakis” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Arenanın ümumi azarkeş tutumu 32 115 nəfərdir (Report).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“İstədiyimiz çox şey alındı” – Qurban Qurbanov

admin

“Azərbaycan millisinə mütləq qalib gəlməliyik”

admin

“Qarabağ” ÇSKA-ya qalib gəldi – Yenilənib

admin