Yunanıstanın “Panaxaiki” klubunun futbolçusu Mario Bojiç yenidən Azərbaycan çempionatında çıxış edə bilər.
Keçən mövsüm “Simurq”da forma geyinmiş Bojiçin ölkəmizə qayıdışı gözlənilir. Onun hansı klubumuzla müqavilə imzalayacağı barədə məlumat yoxdu.
Qeyd edək ki, Mario Bojiç “Panaxaiki”nin heyətində cəmi 6 oyuna çıxa bilib.