Dünya futbolu

Yunanıstanlı futbolçu: “Neftçi” ilə razılıq əldə olunmayıb”

OFİ klubunun yarımmüdafiəçisi Vangelis Platellas “Neftçi”yə mümkün keçidi ilə bağlı məsələyə aydınlıq gətirib.

Antalyada olan 30 yaşlı oyunçu hələlik Bakı klubu ilə razılıq əldə etmədiyini söyləyib:

“Hə, “Neftçi” ilə danışıq aparıram, amma hələlik rəsmi razılıq əldə olunmayıb. Müqavilə bağlamamışam”.

Platellasın “Neftçi” ilə 2,5 illik sözləşmə imzalayacağı iddia olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43