12 Yanvar 2025
Kateqoriyasız

Yunis Hüseynov istefa üçün Bakıya gəldi (VİDEO)

Yaxşı günlərini yaşamayan "Xəzər Lənkəran” yeni transfer etməyəcək. Sportnet.az-ın məlumatına görə, Lənkəran təmsilçisi növbəti dəfə FİFA tərəfindən cərimələnə bilər.

İdmanxeber.com-un məlumatına görə, komandanın güclənməyəcəyini öyrənən baş məşqçisi Yunis Hüseynovun bu gün istefa verəcəyi gözlənilir. 

Bu vəzifədə Hüseynovu onun köməkçilərindən birinin əvəzləyəcəyi gözlənilir. 51 yaşlı mütəxəssis ATV-yə açıqlamasında rəhbərliklə görüşdükdən sonra komandadakı gələcəyi ilə əlaqədar qərar qəbul edəcəyini bildirib: "Komandanın dağılacağına inanmıram. Rəhbərliklə görüşəcəyəm. Dedilər ki, komandaya yeni transferlər olunmayacaq. Ona görə də soruşacağam ki, görüm bu nə məsələdir?"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43