İdman

Yunis Hüseynov: “Qurban Qurbanovla AVRO-2020-yə yollana bilərik”

“Qurban Qurbanovun təyinatına ancaq sevinərəm. Xeyirli olsun, İnşallah, “Qarabağ”ın göstərdiyi yaxşı oyunlar, millimizə də yansıyacaq”.

İdmanxeber.com-a açıqlamasında bu sözləri milli komandamızın sabiq futbolçusu Yunis Hüseynov deyib. Qurban Qurbanovun milli komandamıza baş məşqçi ətyin olunmasına münasibət bildirən Hüseynov ona yeni işində də uğurlar arzu edib: “Mən həmişə demişəm, millidə yerli məşqçi işləməlidi. Qurban Qurbanovla Millətlər kubokunda uğurlu qrafik cızıb AVRO-2020-yə yollana bilərik. Amma açığı, çətin olacaq. Çünki məşqçi üçün 2 yerdə çalışmaq ağırdı. İnanırıq ki, Qurban müəllim bu işin öhtəsindən gələcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43