23 Dekabr 2024
Kateqoriyasız

Yunis Hüseynovdan istefa ilə bağlı açıqlama

“Xəzər Lənkəran”ın baş məşqçi vəzifəsindən istefa verən Yunis Hüseynov qərarınının səbəbini açıqlayıb.

İdmanxeber.com-un “Report”a istinadən verdiyi məlumata görə, Y.Hüseynov qərarını klubun strategiyasının dəyişməsi ilə əlaqələndirib: “Yayadək “Xəzər Lənkəran”da gənclərdən ibarət komanda olacaq. Onların qarşısına heç bir hədəf qoyulmayıb. Elitada yerimizi qorumağa çalışacağıq. Çempionat getdikcə zəifləyir. İnanmıram ki, Premyer Liqadan hər hansı komanda I Diviziona düşsün. Stimulumuz var idi ki, ölkə kubokunda irəliləyərik. Düzdür, futbolda sürpriz də gözləmək olar. Amma hazırkı heyətlə yarımfinala-finaladək gedə biləcəyimizi demək düzgün olmaz. Heyətə klubun akademiyasından yetişən futbolçular cəlb olunacaq. Ona görə də Elbrus Məmmədovun baş məşqçi olmasına qərar verdik. Mən isə idman direktoru olacağam. Elbrus müəllim gəncləri daha yaxşı tanıyır”.

Y.Hüseynov bildirib ki, baş məşqçi əvəzləməsinə baxmayaraq, qış təlim-məşq toplanışı planında heç bir dəyişiklik olmayacaq: “O planı mən yazmışdım. Elbrus Məmmədov da mənim köməkçim idi. O, elə həmin plan üzrə işləyəcək”.
Qeyd edək ki, “Xəzər Lənkəran” hazırda Azərbaycan Premyer Liqasında 10 komanda arasında 9-cu pillədə qərarlaşıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43