“İlk növbədə futbol ictimaiyyətini yeni mövsüm münasibəti ilə təbrik edirəm. Problemlər olmasına baxmayaraq, rəqibi yaxşı analiz etmişdik”.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın ilk turunda “İnter”ə qalib gəldikləri oyun (2:0) haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis heyətin gənclərdən təkil olunmasına baxmayaraq komandadan razı qaldığını bildirib: “Bilirsiniz ki, heyətimizdə gənc oyunçuların sayı çoxdur. Ancaq onlar özlərini yaxşı tərəfdən göstərə bildilər. Qarşıda bizi çətin oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq”.