23 Dekabr 2024
Kateqoriyasız

Yunis Hüseynovun “boyük oyun” şərhi: “Bu peşəkarlığa yaraşan hal deyil”

Topaz Premyer Liqasının V turu “Neftçi” – “Xəzər Lənkəran” oyunu ilə ələmətdar oldu. “Bakcell Arena”da keçirilən oyun 1-1 hesabı ilə başa çatdı.

İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov oyundan sonra bunları deyib:

“Bilirsiniz ki, “Neftçi” və “Xəzər Lənkəran” oyunları çətin keçir. Oyuna ciddi hazırlaşmışdıq. Skarlatake zədəli olsa da, meydançaya çıxmışdı. Heyətimizdə gənc oyunçularımız var. Matçın gedişində səhvlər edirdik. Buna baxmayaraq, vuruşub 1 xal qazandıq. Ola bilər ki, səhv edirəm. Amma mən düşünürəm ki, Skarlatake ikinci  sarı vərəqə almazdan öncə topa oynamışdı. Sözsüz ki, bu mənim fikrimdir. Yəqin ki, epizoda baxıb, qiymət verəcəklər. Bir məsələyə də toxunmaq istəyirəm. “Neftçi”nin 15 nömrəli oyunçusu Erik Ramos xoşagəlməz bir hərəkət etdi. Qapıçımız Orxan Sadıqlı zədədən qayıdıb, dizindən əməliyyat olunub. Dizində ağrılar hiss elədi və topu meydançadan çıxardı. Amma Erik topu bizə qaytarmadı. “Neftçi”yə və peşəkar oyunçuya yaraşan hal deyil. Erik həmişə belə hərəkətlər edib. Fasilə zamanı baş hakim Rəhim Həsənova yaxınlaşıb xahiş elədim ki, Ramosun hərəkətlərinə diqqət yetirsin. Artıq bu oyunu unutmalıyıq. Bizim zədəli oyunçularımız var. Qarşıda isə çətin oyunlar bizi gözləyir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43