“Kəpəz”in əsas komandasının məşqçilər heyətinə daha bir mütəxəssis daxil olub.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Yaşar Vahabzadə baş məşqçi Yunis Hüseynovun köməkçisi təyin edilib.
Qeyd edək ki, 57 yaşlı mütəxəssisin son iş yeri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası olub. Vahabzadə baş məşqçi kimi son iki ildə bu komandanı çalışdırıb.
Yaşar Vahabzadə təyinatı ilə bağlı kapazpfc.az saytına açıqlama verib: “Mənə etimad göstərən insanlara təşəkkür edirəm. Yunis müəllim əlaqə saxlayıb onunla birgə işləməyi təklif etdi. Onun dəvətini qəbul etdim. Bu, mənim Premyer Liqada ikinci iş yerim olacaq. Məşqçilik karyerama “Neftçi”də başladım. Sonra fəaliyyətimi müxtəlif yaş qrupları üzrə yığmalarda davam etdirdim. İndi isə “Kəpəz”də çalışacam. Gəncə klubu ölkəmizin ən köklü, titullu komandalarındandır. “Kəpəz”in əvvəlki şöhrətini bərpa etməsi, yenidən uğur qazanması üçün əlimdən gəlini edəcəm.