Həmyerlilərimiz Arif İsayev və Saşa Yunisoğlunun formasını geyindiyi “Dənizlispor” bu gün PTT Birinci Liqasında növbəti oyununa çıxıb.
Dənizli təmsilçisi doğma meydanda “Manisaspor”u qəbul edib. Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Zədəli olan Arif İsayev bu oyunda çıxış etməsə də, Saşa Yunisoğlu start heyətində meydana çıxıb və sona qədər oynayıb. Yunisoğlu matçın 89-cu dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, “Dənizlispor” hazırda 11 xalla turnir cədvəlinin 16-cı pilləsində yer alır.