"Qarabağ"ın futbolçusu Əfran İsmayılov İdmanxeber.com-a müsahibə verib.
– İlk öncə oyun haqda fikirlərinizi bilmək istəyərdim.
– İlk öncə "Neftçi"ni təbrik edirik. Yaxşı və istəkli futbol oynadılar. Baxmayaraq ki, qol şanslarımız daha çox oldu, qələbəni "Neftçi" qazandı. Qol şansları ilə deyil ki, əsas son nəticədi. O da "Neftçi"nin xeyirinə oldu. Olur belə oyunlar. Yorğunçuluğu da bəhanə gətirmək istəmirəm. Hər dəfə dəyişkən heyət olur, bir az çətindi. "Neftçi" yaxşı oyun göstərdi və qazandı.
– Səncə, bu oyunun ədalətli nəticəsi idi?
– Məncə, heç-heçə daha ədalətli nəticə olardı. Amma yenə də deyirəm "Neftçi"ni təbrik edirəm.
– Elvin Yunuszadə yorğunçuluğu bəhanə gətirdi..
– Xeyr, xeyr yorğunluq bəhanə ola bilməz. Yunuszadə nəyə görə bəhanə gətirsin? Belədə ki, o, özü heç Avropa Liqasında oynamır. Ona görə burada bəhanəlik bir şey ola bilməz. Bəhanə gətirsək, biz gətirərdik. O da bəhanəlik bir şey yoxdu.
– Sənə elə gəlmir ki, son oyunlarda qapıya kimi gəlib çıxırsan, sonra nə edəcəyini özün də bilmirsən..
– Zərbə vurdum top dirəyə dəydi. Futboldu da, olmayanda olmur.
– Turnir cədvəlində böyük üstünlüklə irəlidə olmağınız sizi arxayın salmırki?
– İnandırım sizi heç bilmirdim ən yaxın izləyicimizlə xal fərqimiz nə qədərdi. İndi eşitdim ki, altı xala düşüb. Əsas odu ki, hələ liderik və davamını gətirmək lazımdı. Hamı deyirdi "Qəbələ" liderdi, onlar da xal itirə-itirə gedir. Belə şeylər olacaq. Əsas odu ki, bu oyunlardan nəticə çıxaraq.