Milli komanda Ölkə futbolu

Yurçeviç Ramil Şeydayevi milliyə çağırdı

Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviç “Krılya Sovetov” klubunda forma geyinən Ramil Şeydayevi yığmaya çağırıb.

İdmanxeber.az xəbər verir ki , bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu Azərbaycan millisinin  AVRO 2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə keçiriləcək Xorvatiya və 4 gün sonra Bakıda Litvayla oynanılacaq yoxlama oyununun heyətində yer alacaq.

Qeyd edək ki, Ramil Şeydayev “Krılyo Sovetov”un heyətində son iki oyunda 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43