20 Oktyabr 2021
Ölkə futbolu

“Yurçeviçin qərarı bizi təəccübləndirdi” – Sənan Qurbanov

“Gərgin, mübarizəli oyun olacağını gözləyirdik. Belə də oldu”.

Bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.

“Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə “Qəbələ” ilə heç-heçə edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc mütəxəssis fikirlərini bildirib: “İlk hissədə oyunumuz yaxşı alınmadı. Amma ikinci hissədə yaxşı futbol orttaya qoyduq. Hesabda geri olsaq da, özümüzə gələ bildik. Uşaqları mübarizəyə görə təbrik edirəm”.

– Kubokda da mübarizəni davam etdirirsiniz. Daha çox diqqətinizi hansı yarışa yöndəldəcəksiniz?

– İki cəbhədə də mübarizə aparmağa çalışacağıq. Həm kubok oyununa belə yanaşacağıq, həm də çempionatda yaxşı çıxış etməyə çalışacağıq.

– “Qəbələ”nin heç bir futbolçusu milli komandaya dəvət almayıb. Baş məşqçinin qərarı sizi təəccübləndirmədi?

-Əlbəttə, baş məşqçinin qərarı bizi təəccübləndirdi. Lakin onun qərarına müdaxilə edə bilmərik. Amin Seydiyev, Bəhlul Mustafazadə, Rauf Əliyev və digər futbolçularımız millidə oynamağa layiqdirlər. Ancaq baş məşqçinin qərarı barədə danışmaq istəmirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Botsvana millisinin üzvü “Zirə”də

admin

21-ci turun oyun cədvəli açıqlandı

admin

Xaqani Məmmədov vəzifədən getdi

admin