“Gərgin, mübarizəli oyun olacağını gözləyirdik. Belə də oldu”.
Bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.
“Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə “Qəbələ” ilə heç-heçə edib.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc mütəxəssis fikirlərini bildirib: “İlk hissədə oyunumuz yaxşı alınmadı. Amma ikinci hissədə yaxşı futbol orttaya qoyduq. Hesabda geri olsaq da, özümüzə gələ bildik. Uşaqları mübarizəyə görə təbrik edirəm”.
– Kubokda da mübarizəni davam etdirirsiniz. Daha çox diqqətinizi hansı yarışa yöndəldəcəksiniz?
– İki cəbhədə də mübarizə aparmağa çalışacağıq. Həm kubok oyununa belə yanaşacağıq, həm də çempionatda yaxşı çıxış etməyə çalışacağıq.
– “Qəbələ”nin heç bir futbolçusu milli komandaya dəvət almayıb. Baş məşqçinin qərarı sizi təəccübləndirmədi?
-Əlbəttə, baş məşqçinin qərarı bizi təəccübləndirdi. Lakin onun qərarına müdaxilə edə bilmərik. Amin Seydiyev, Bəhlul Mustafazadə, Rauf Əliyev və digər futbolçularımız millidə oynamağa layiqdirlər. Ancaq baş məşqçinin qərarı barədə danışmaq istəmirəm.