“Liverpul”un futbolçusu Ceyms Milnerin klubdakı gələcəyi bəlirsiz olaraq qalır.
İdmanxber.az “The Athletic”ə istinadən xəbər verir ki, baş məşqçi Yurgen Klopp yarımmüdafiəçi ilə bir illik müqavilə imzalamasını istəyir.
O, 37 yaşlı futbolçunun təcrübəsindən və liderliyindən yararlanmaq niyyətindədir. Ancaq rəhbərlik mövsüm sonu müqaviləsi başa çatan Milnerlə hələ danışıqlara başlamayıb.
İngiltərəli oyunçu bu mövsüm Premyer Liqada 20 oyuna çıxıb.