14 Noyabr 2024
Dünya futbolu

Yurgen Klopp: “Kimsə Salahdan şübhə edirsə…”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Məhəmməd Salahın zədələnməsi haqqında fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis futbolçunun zədəsi olmadığı və qəsdən oynamadığı barədə çıxan iddialar barədə belə danışıb:

“Əgər kimsə Salahın öhdəliyinə şübhə edirsə, özlərinə bir neçə sual verməlidir. O, həyatımda tanıdığım ən sadiq misirlidir”.

Salah Misir millisinin Afrika kubokunda Qana ilə matçda (2:2) zədələnib. Daha əvvəl Misir Futbol Federasiyası 31 yaşlı forvardın zədə səbəbindən komandasının turnirdəki 2 oyununu buraxacağını açıqlamışdı.

Sonradan məlum olub ki, Salah reabilitasiyadan keçmək üçün Liverpula qayıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43