25 Dekabr 2024
İdman

Yuri Maksimov: “Yalnız bir şərtlə “Keşlə”də qalmağa hazıram”

“Keşlə” ilə yeni müqavilə barədə ilkin danışıqlarımız olub. Klubda qalmaq istədiyimi onlara bildirmişəm”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.  

Paytaxt klubunun çalışdırıcısı yalnız bir şərtlə komandada qalacağını bildirib: 

“Şərtlərimi rəhbərliyə bildirmişəm. Son mövsümdə komandanın heyətində top qovan futbolçularla razılıq əldə olunsa, mən də qalacağam. Həmin futbolçular “Keşlə”də qalmalıdırlar. Bundan başqa, heyətin güclənməsinə də ehtiyac var. İyunun 20-də Bakıya qayıdacağam. Bundan sonra hər şey dəqiqləşəcək”.

Xatırladaq ki, “Keşlə” Yuri Maksimovun rəhbərliyi altında son mövsüm Azərbaycan kubokunun qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43