“Neftçi”nin müdafiəçisi Yuri Matias klubun mətbuat xidmətinə açıqlama verib.
İdmanxeber.az xəbər verir ki, braziliyalı futbolçu Rumıniya mətbuatında paylaşılan müsahibəsinə aydınlıq gətirib:
“Rumıniya mətbuatına verdiyim müsahibəni görəndə təəccübləndim. Əslində, birinci dəfə deyil ki, sözlərimin düzgün yazılmaması ilə üzləşirəm. Bir növ öyrəşmişəm (gülür).
Müsahibəmdə “Neftçi” ilə danışıb razılığa gəlməmişik və ya gələ bilməyəcəyik” deməmişəm. Sadəcə, bildirmişəm ki, müqaviləmin sonuna 6 ay qalıb və yeni müqavilə ilə bağlı rəsmi heç nə yoxdur. Əlbəttə, mənim komandam “Neftçi”dir. Mən “Neftçi”nin futbolçusuyam, azarkeşlərimizi sevirəm. Müqaviləmin sonuna kimi, neçə il olursa-olsun, sona qədər bu formanı şərəflə daşımağa hazıram”.
Xatırladaq ki, Matiasın Rumıniya mətbuatına müsahibəsində aşağıdakı fikirlər yer almışdı:
“Neftçi” ilə müqaviləmin son 6 ayındayam. Yeni sözləşmə imzalaya bilərdim. Klubum müqaviləni uzatmaq üçün mənimlə danışıqlar apardı. Amma nəticədə razılıq əldə edə bilmədik, anlaşa biləcəyimizi də düşünmürəm”.