23 Dekabr 2024
Premyer Liqa

Yuri Syomin havanı bəhanə gətirdi

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin “İnter”lə qolsuz heç-heçəni şərh edib.

İdmanxeber.com-un məlumatına görə, rusiyalı mütəxəssis matçdan sonra bunları deyib:

Hava çox isti idi. Oyunda yüksək sürət yox idi. Müdafiədə inamlı oynadıq, lakin hücumda qol imkanları yaratmağa çətinlik çəkirdik. Əvəzetmələr də hücumun kəsərini artırmağı nəzərdə tuturdu. Təəssüf ki, hücumlarımız alınmadı. Elnur Allahverdiyevin sarı vərəqə almasında problem görmürəm. Əksinə, ona qarşı qayda pozuntusuna yol verildiyini düşünürəm”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43