Dünya futbolu

Yuri Syomin Nazarovun transferindən danışdı

“Lokomotiv”in baş məşqçisi Yuri Syomin Azərbaycan millisinin və Almaniyanın “Ertsqebirge Aue” klubunun futbolçusu Dmitri Nazarovu transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.

O, Rusiyanın TASS agentliyinə açıqlamasında deyib: “Bununla bağlı ilk dəfədir eşidirəm. Həmin xəbərlər doğru deyil”.

Qeyd edək ki, bu mövsüm Almaniya 2-ci bundesliqasında çıxış edən Nazarov 26 oyuna 9 qol vurub. Mövsümün sonu onun “Ertsqebirge Aue”ni tərk edəcəyi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43