27 Dekabr 2024
Ölkə futbolu

Yuri Syomin nəyə təəssüfləndi?

Topaz Premyer Liqasının 12-ci turuna “Qarabağ” – “Qəbələ” oyunu ilə yekun vuruldu. Azarkeşlərin 7 qol izlədiyi oyunda Ağdam təmsilçisi qalib gələrək turnir cədvəlində ilk pilləni ələ keçirdi – 4:3.

Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Çox maraqlı oyun oldu, təəssüf ki, bizim xeyrimizə başa çatmadı. Müdafiədə çox səhvlər buraxdıq, rəqib bu səhvlərə görə bizi cəzalandırdı. İkinci hissədə komanda çox çalışdı, sona kimi mübarizə apardıq. Qələbə qazana bilmədiyimiz üçün üzülürəm. Təəssüf ki, oyuna az sayda azarkeş gəlmişdi. Bu oyun istənilən çempionatın bəzəyi ola bilərdi”.

Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Futbol buna görə sevilir. Oyun heç-heçə də başa çata bilərdi, məğlub da ola bilərdik. “Qəbələ” sübut elədi ki, yaxşı komandadır, futbolçuları topla yaxşı davrana bilir. Hər oyunda 7 qol vurulmur. Bir daha gördük ki, çempionat çox ağırdır, Premyer Liqamıza yaxşı məşqçilər gəlir. Rəqib sona qədər mübarizə apardı, əbəs yerə ilk üçlükdə olmadığını göstərdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43