“Qəbələ”nin baş məşqçisi Yuri Syomin sportbox.ru saytına müsahibə verib.
– 2013-cü ilin hansı futbol hadisəsi sizin üçün daha yaddaqalan oldu?
– Yəqin ki, Rusiya millisinin dünya çempionatına vəsiqə qazanmasını qeyd etsəm, yenilik etmiş olmaram.
– Rusiyada ilin futbolçusu?
– Yekdilliklə, Qluşakov
– Sizin üçün ilin kəşfi kim oldu?
– Elə o. Məhz Qluşakovu ilin kəşfi hesab edirəm.
– İlin komandası?
– “Lokomotiv”, hansı ki payız mərhələsində stabil çıxış etdi.
– Məşqçi?
– Valeri Karpin.
– Futbol məyusluğu?
– Öz komandalarını sevməyən azarkeşlərin davranışları.
– 2013-cü ildə özünüz üçün nəyi ən böyük uğur hesab edirsiniz?
– Əsas odu ki, mənim komandam ölkə çempionluğuna iddia edir.
– Messi, Riberi, yoxsa Kriştianu Ronaldo?
– Kriştianu Ronaldo.
– 2014-cü ildə Rusiya futbolu ilk növbədə nədən qaçmalıdı?
– İlk növbədə infrastrukturu yüksəltmək və meydançaları yaxşı vəziyyətə gətirmək lazımdı. Məhz bərbad meydançalar yüksəksəviyyəli futbolçulara öz oyunlarını sərgiləməyə imkan vermir.
– Sizin fikrinizcə, Rusiya futbolunda kim daha çox Şaxta Baba obrazına uyğun gəlir?
– Bağışlayın, amma futbol adamlarından heç birini mən bu obraza oxşada bilmirəm.