Premyer Liqanın autsayderi "Sumqayıt" daha bir futbolçunun keçidini həll etməyə yaxındı.
İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, "gənclik şəhəri"nin təmsilçisi "Neftçala"dan ayrılan Samir Abdulovu rənglərinə bağlamağa yaxındı.
Abdulov yetirməsi olduğu kluba dönmək arzusundadı. Ancaq bunun üçün "Sumqayıt"ın prezidenti Kamran Quliyev və baş məşqçi Aqil Məmmədov son qərarını açıqlamalıdı.
Qeyd edək ki, Abdulov "Sumqayıt", “Simurq”, “Karvan”, AZAL kimi klublarda çıxış edib.