29 Sentyabr 2024
Kateqoriyasız

“Yuventus” 30 milyona futboçu transfer edir

“Yuventus” artıq uzun müddətdir ki, “Palermo”nun forvardı Paulo Dibala ilə yaxından maraqlanır.

Turin klubu son olaraq argentinalıya görə qarşı tərəfə 30 milyon avro təklif edib. Siciliyalıların prezidenti Mauritsio Camparini hələlik təklifə cavab verməyib.

Daha öncə “Palermo”nun rəhbəri Dibalanı 50 milyon avrodan aşağı məbləğə satmayacağını bildirmişdi.

Cari mövsümdə İtaliya A Seriyasında 31 matçda meydana çıxan Dibalanın aktivində 13 qol, 3 məhsuldar ötürmə var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43