“Yuventus” aparıcı hücumçusu Mirko Vuçiniçin zədələnməsi xəbərinə sarsılıb.
Təcrübəli futbolçu Çernaqoriya millisinin heyətində Polşa ilə səfər matçında (1:1) zədə alıb.
Hələlik forvardın hansı müddətə sıradan çıxdığı bilinmir. Bu gün tibbi müayinədən keçəcək 30 yaşlı futbolçunun durumuna aydınlıq gələcək.