İtaliyanın “Yuventus” klubu ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, “qoca sinyora”nın forvardı Mario Mandzukiç zədələnərək sıradan çıxıb.
“Cenoa” ilə A Seriyasının oyununda zədə alan xorvatiyalı futbolçu 83-cü dəqiqədə əvəzlənib. Tibbi müayinədən keçən futbolçunun 20 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Bununlada Mandzukiç ÇL-də 1, Avro-2016-nın seçmə mərhələsində iki oyun buraxmaq məcburiyyətində qalıb.