17 Yanvar 2025
Dünyadan

“Yuventus” – “Barselona” finalı türkiyəli hakimə tapşırıldı

Çempionlar Liqasında “Barselona” və “Yuventus” komandaları arasında keçiriləcək final matçının hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin həlledici matçını türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını isə isveçli Yonas Eriksson yerinə yetirəcək.

Qeyd edək ki, ÇL-in finalı iyunun 6-i Berlinin “Olimpiya” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43