Dünya futbolu

“Yuventus” fransalı hücumçunu buraxmır

“Yuventus” icarə əsasında heyətinə qatdığı Randal Kolo-Muanini komandada saxlamaq niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, müqavilə ilə PSJ-yə məxsus olan futbolçu rəhbərliyin razılığını qazanıb. Turin klubu yayda Fransa təmsilçisi ilə danışıqlara başlayacaq.

“Yuventus”un texniki direktoru Kristiano Gintoli PSJ-nin müşaviri Luis Kamposla yaxşı münasibətdədir və bu, danışıqlara ciddi təsir göstərəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43