Dünya futbolu

“Yuventus” fransalı futbolçunun qalmasını istəyir

“Yuventus” yarımmüdafiəçi Adrien Rabionun komanda ilə müqaviləsini yeniləyəcəyinə ümid edir.

İdmanxeber.az-ın məlumatına görə, komanda rəhbərliyi futbolçunun böyük ehtimalla Turin klubunda qalacağına inanır. Yeni baş məşqçi Tiaqo Motta yarımmüdafiəçinin Turində qalmasına qarşı deyil.

29 yaşlı Rabio “Yuventus”a 2019-cu ilin yayında PSJ-dən azad agent kimi keçib.

A Seriyasının 2023/24 mövsümündə yarımmüdafiəçi 5 qol vurub, 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43