13 Sentyabr 2024
Dünya futbolu

“Yuventus” hücumçu aldı

“Fiorentina”nın hücumçusu Nikolas Qonzales “Yuventus”un futbolçusu olub.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Turin komandasının mətbuat xidməti xəbər verib. Futbolçu komandada 1 il icarə əsasında çıxış edəcək.

Ötən mövsüm Qonzales “Fiorentina”nın heyətində 44 matçda meydana çıxıb, 16 qol vurub və 5 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43